![photo](https://www.rekord.az/storage/uploads/4/poqba.jpg)
Meneceri Poqbanın "Real"a keçmək ehtimalı haqda
- 02 May 2021 10:46
- 515
"Mançester Yunayted"in futbolçusu Pol Poqbanın meneceri Mina Raiola oyunçunun "Real"a transfer olunacağı barədə xəbərlərə münasibət bildirib.
Rekord.az AS-a istinadən xəbər verir ki, o deyib:
"Poqbaya həmişə qol vurmaq maraqlı olub. Onun hədəfi kuboklar qazanmaqdır. "Mançester Yunayted" və "Real"ın belə böyük transferə razılaşması çətin görünür. Amma "Real"da oynamağın Poqbanı cəlb etdiyini desəm, yanılmaram".
Qeyd edək ki, Poqba bu mövsüm 37 matçda 6 qol vurub və 7 qolun ötürməsini verib.