“Məni bura komandanı bu vəziyyətdən çıxarmaq üçün gətiriblər” – Samir Abasov
- 08 Noy 2024 18:06
- 104
“Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasında 13-cü turu çərçivəsində “Şamaxı”ya qarşı keçirdikləri ev oyunu haqda danışıb.
Rekord.az xəbər verir ki, o, 2:2 hesabı ilə yekunlaşan oyunu belə şərh edib:
“Bütün xalqımızı bayram münasibətilə təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu gün o qədər möhtəşəmdir ki, Azərbaycanın hər yerində qeyd olunur.
Oyun haqda nəyisə söyləmək çox çətindir. Get-gedə əvvəl ilə müqayisədə bizdə daha çox suallar yaranır ki, nə etməliyik. Tək çıxış yolumuz dayanmadan işləməkdir. Bilirəm ki, bu oyunlarda pozitiv nə isə axtarmaq çətindir. Fikrimiz yaxşı komanda qurmaqdır. Bu gün oyun və şəxslər haqda danışsaq, əsas Murad qeyd edərdim. Onun da ikinci hissədə tempi düşməyə başladı. Premyer liqada oyunlarda dözümlülüyümüz azalır. Hücum qurmaqda nə qədər əziyyət çəkirik. Problemlərimizdən biri də budur. Düzəltməyə çalışacağıq. Üzüntülüyük, üzüntülü deyilik, bilmirəm. Bizim hazırda gördüyümüz problemlər stadionda daha böyük vüsət alır. Bunları düzəltməyə çalışacağıq.
Məqsədimiz daha cavan oyunçuları meydana buraxaraq komandada ümumi balans yaratmaqdır. Görəcək işlərimiz həddindən artıq çoxdur. Məni bu kluba komandanı bu situasiyadan çıxarmaq üçün gətiriblər”.
Nəzrin