“Məni inandırdılar ki, Azərbaycanda məşqçilər futbolçuları çox sevir”
- 07 Sen 2020 18:20
- 652
“Səbail”in yeni transferi Nikolas Hagen açıqlama verib.
Rekord.az ESPN-ə istinadən xəbər verir ki, qvatemalalı qolkiper, “Səbail”ə keçidindən danışıb:
“Bir neçə ay davam edən danışıqlardan, videoları izlədikdən sonra məni inandırdılar ki, Azərbaycanda məşqçilər futbolçuları çox sevir. Nəhayət, istəyimi gerçəkləşdirdim. Arzum bura gəlmək, oyunlar keçirmək və çox istədiyim xəyalımı yaşamaq idi.
Mənim üçün maddiyyat vacib deyil. Axtardığım şey inkişaf etmək, daha yaxşı olmaqdır. Özümü göstərə biləcəyim, futbol haqqında daha çox şey öyrənəcəyim bir layihə axtarırdım. Təkcə futbolçu olaraq deyil, həm də, bir insan olaraq böyümək, inkişaf etmək istəyirəm. Ümid edirəm ki, bunu burda bacara bilərəm.
Burda mövsüm yeni başlayıb. Gördüyüm qədəriylə sürətli futbol oynamağa və topu saxlamağa üstünlük verilir. Ən az səhv edən qalib gəlir. Ölkəmin adını yüksəltmək üçün daha çox çalışacam”.