"Mənim də pensiyamı AFFA yeyir, halallıq vermirəm"
- 22 Mar 2020 15:15
- 1467
“Kəpəz”in veteran futbolçusu Fazil Pərvərov sosial şəbəkədə paylaşım edərək, AFFA tərəfindən təqaüdünün mənimsədildiyini və Oqtay Abdullayevin həmin pulun verilməsini vəd etsə də, təqaüdün hələ də ona çatmadığını yazıb.
Rekord.az xəbər verir ki, 50 yaşlı keçmiş hücumçusu məsələ ilə bağlı bu fikirləri qeyd edib:
“Azərbaycan çempionu - 3 dəfə, gümüş, bürünc mükafatçısı, Azərbaycan bombardiri, "Kəpəz"in heyətində ən çox qol vuran futbolçu, amma işsiz.
Oqtay Abdullayev söz verib ki, sənə pensiya verəcəyik, amma 50-ni keçdik, vermədilər, 65-ə qədər nə yeməliyik?
Ömrümüzü futbola verdik ki, ac yaşayaq? AFFA Bakıda və Gəncədə müəyyən veteranlara "qızıl pensiya" verir, mənim də pensiyamı AFFA yeyir, halallıq vermirəm".