Türk əsilli alman futbolçu Məsut Özil “Fənərbaxça”ya keçidini tamamlamaq üçün Türkiyəyə gəlib.

Rekord.az xəbər verir ki, Özil, İstanbulda yerli mətbuata açıqlama verib. 32 yaşlı yarımmüdafiəçi çox həyəcanlı olduğunu deyib:

“Çox həyəcanlıyam. Hər zaman “Fənərbaxça” azarkeşi olduğumu demişəm. Tək “Fənərbaxça” üçün deyil, mənim üçün də bir xəyal gerçək olur. Formanı geyinməyi səbrsizliklə gözləyirəm, inşallah, komanda yoldaşlarımla uğur qazanarıq”.

“Fənərbaxça” yaxın zamanda Özillə rəsmi müqavilə imzalayacaq.

Özil hazırda İngiltərənin “Arsenal” klubuna məxsusdur. Yarımmüdafiəçi London təmsilçisi ilə müqaviləni ləğv etmək üçün razılığa gəlib. Özil, 2020-ci ilin martından heç bir rəsmi oyunda iştirak etməyib.

Onu da qeyd edək ki, “Fənərbaxça” artıq Kiprin “Apollon” (Limassol) klubundan transfer etdiyi Attila Salai ilə münasibətlərini rəsmiləşdirib. Tərəflər arasında 4.5 illik müqavilə imzalanıb. 22 yaşlı futbolçu Macarıstan yığmasının üzvüdür.