Futbol üzrə Türkiyə millisinin və İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Merih Demiral zədəsini sağaldıb.

Rekord.az xəbər verir ki, bu ilin yanvar ayında A Seriyası çərçivəsində keçirilən “Roma” ilə oyunda ağır zədə alan və əməliyyat olunan futbolçu, ötən gündən etibarən klubun bazasında fərdi məşqlərə başlayıb.

Bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu özü də sosial şəbəkə hesabında məşqdən çəkilən fotosunu paylaşaraq, “Başladıq” yazıb.

Xatırladaq ki, sol dizindən əməliyyat keçirən futbolçunun təxminən 6-7 ay sonra sıraya dönəcəyi açıqlanmışdı.