“Yuventus”un zədəli futbolçusu Merih Demiral əməliyyat olunub.

Rekord.az xəbər verir ki, bu barədə Turin təmsilçisinin rəsmi saytı məlumat yayıb. Xəbərdə, uğurlu əməliyyat keçirən müdafiəçinin ən azı 6-7 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Demiral, İtaliya A Seriyasının 19-cu turunun “Roma” ilə matçında (2:1) zədələnmişdi.

Türkiyə milli komandasının üzvü olan 21 yaşlı müdafiəçi zədə səbəbindən AÇ-2020-ni buraxacaq.