Qadın həndbolçular arasında Azərbaycan çempionatında 7-ci turun mərkəzi oyunu baş tutub.


Rekord.az xəbər verir ki, "Qarabağ" komandası "Kür"lə üz-üzə gəlib.


Qarşılaşma Mingəçevir təmsilçisinin qələbəsi ilə bitib - 30:28.


Hazırda 6 matçdan sonra 10 xalı olan "Qarabağ" ikinci pillədə qərarlaşıb. Beş görüş keçirən "Kür" 8 xalla üçüncü sıradadır.