Mert Çelikin "Neftçi"dəki gələcəyi məlum olub.

Rekord.az xəbər verir ki, türkiyəli futbolçu ən azı mövsümün sonuna kimi paytaxt klubundakı çıxışarını icarə qaydasında davam etdirəcək.

Yayda isə futbolçunun birdəfəlik transferi ilə bağlı iki klub arasında danışıqlar aparılacaq.

Qeyd edək ki, Çelik müqavilə ilə Türkiyənin "Başakşehir” klubuna məxsusdur və "Neftçi"də icarə əsasında çıxış edir. Bu yaxınlarda mətbuatda "Neftçi"nin Çeliki birdəfəlik transfer etmək istəyi və bu niyyətlə "Başakşehir”ə müraciət etdiyinə dair məlumat yayılmışdı.