Mert Müldürdən etiraf: "Edəcək bir şey yoxdur"
- 2021-06-17 13:43
- 432
Türkiyə millisinin futbolçusu Mert Müldür Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Uelsə 0:2 hesabı ilə uduzduqları oyunu şərh edib.
Rekord.az "NTV Spor"a istinadən xəbər verir ki, o, məğlubiyyətə görə çox məyus olduqlarını deyib: "Bu matçda qələbə qazanmaq məcburiyyətində olduğumuzu bilirdik. Təəssüfləndirici durumdur, artıq ediləcək bir şey yoxdur. Ən yaxşı qrup üçüncüsü olaraq növbəti mərhələyə çıxıb-çıxmayacağımızı bilmirəm. Amma əlimizdən gələni üçüncü matçda göstərməliyik".
Qeyd edək ki, M.Müldür Uelslə görüşün 72-ci dəqiqəsində meydana daxil olub.