NBA-nın "Detroit Pistons" - "Los Angeles Lakers" matçında qalmaqal yaşanıb. 

Rekord.az xəbər verir ki, görüşün 3-cü periodunda qonaqların oyunçusu Lebron Ceyms rebound uğrunda mübarizədə rəqibi Ayzeyi Stüarta dirsəyi ilə zərbə endirib. Nəticədə "Detroit Pistons"un oyunçusunun qaşı partlayıb.

Bu hadisədən sonra meydanın mərkəzində hər iki komandanın üzvləri arasında dava düşüb.

Həmin anın videosunu təqdim edirik: 

 

Bir müddətdən sonra ara sakitləşdirilib və Stüart paltardəyişmə otağına aparılıb. Lebron meydandan qovulub və matç davam etdirilib. Görüş qonaqların 121:116 hesablı qələbəsi ilə başa çatıb.