Məşhur futbolçu Gürcüstan klubuna keçdi
- 12 İyn 2024 15:40
- 202
“Liverpul”un keçmiş futbolçusu Mamadu Sako karyerasını Gürcüstan çempionatında davam etdirəcək.
Rekord.az xəbər verir ki, 34 yaşlı müdafiəçi “Torpedo”ya keçib. Bu barədə Kutaisi təmsilçisinin rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu bu gün Gürcüstana gedib tibbi müayinədən keçdikdən sonra müqaviləyə qol çəkəcək.
Mamadu Sako karyerası ərzində PSJ, “Liverpul”, “Kristal Pelas” və “Monpelye”də çıxış edib. Fransa millisinin sabiq üzvü 2023-cü ilin noyabr ayından klubsuz idi.