"Mançester Yunayted"in və İngiltərə millisinin sabiq müdafiəçisi Fil Cons 32 yaşında karyerasını başa vurub.

Rekord.az xəbər verir ki, o, özü məlumat verib. Cons A lisenziyasnı aldığını və özünü məşqçi kimi sınamaq istədiyini bildirib.

Consun karyerasındakı son klubu 2011-2023-cü illərdə oynadığı və 5 kubok qazandığı "Mançester Yunayted" olub. O, İngiltərə millisində də 27 oyuna çıxıb.