Məşhur futbolçu Xorvatiya klubundan ayrıldı
- 31 Avq 2024 16:20
- 152
35 yaşlı futbolçu İvan Perişiç “Hayduk”u (Split) tərk edib.
Rekord.az xəbər verir ki, bundan əvvəl xorvatiyalı futbolçunun komandanın baş məşqçisi Cennaro Qattuzo ilə dil tapmadığı haqda şayiələr yayılmışdı.
“Hayduk” Perişiçin futbolçu karyerasına başladığı doğma klubudur. Daha sonra o, top-klublara yüksəlib – 2011-ci ildə Dortmund “Borussiya”sının futbolçusu olub, sonra “Volfsburq”, “İnter”, “Bayern” və “Tottenhem”də çıxış edib.
Perişiç 2024-cü ilin qışında əvvəlcə icarə əsasında, sonra isə daimi müqavilə ilə “Hayduk”a qayıdıb, lakin sonda bu yay komandadan ayrılıb.