Məşhur generalın qardaşı hansı klubumuzda çalışır?
- 13 Noy 2020 14:00
- 1875
Azərbaycan Ordusunun tərkibində Qarabağda ən böyük iki möhtəşəm əməliyyata və işğal altında olan yüksəkliklərin azad edilməsinə rəhbərlik edən general-mayor Mayis Bərxudarov artıq ictimaiyyətə yaxşı tanışdır.
Rekord.az xəbər verir ki, vaxtilə güləşlə məşğul olmuş bu şəxsin qardaşı da idmanla bağlı şəxsdir.
Belə ki, M.Bərxudarovun kiçik qardaşı Bayram Bərxudarov «Qəbələ»də çalışır. O, Premyer Liqada çıxış edən yeganə əyalət klubunun təhcizat şöbəsinin rəhbəridir. İllərdir burada fəaliyyət göstərən B.Bərxudarov rəhbərliyin böyük etimadını qazanıb.