Verona van de Leur bədii gimnastika üzrə dünyanın ən məşhur idmançılarından biri idi. İdmana 5 yaşında başlayan Verona 2002-ci ildə Yunanıstanda keçirilən Avropa çempionatında gümüş medal qazanaraq ölkəsində qəhrəman kimi qarşılanmışdı. Həmin il o, Hollandiyada "İlin idmançısı" mükafatına layiq görülmüşdü. 

 

Rekord.az xəbər verir ki bundan sonra onun həyatında dönüş nöqtəsi olur.

 

2008-ci ilin 19 iyununda Verona van de Leur şok açıqlama ilə çıxış edir. Gimnastika Federasiyası ilə yola getməyən olan Verona şəxsi həyatındakı problemlər səbəbindən motivasiya əskikləyi səbəbdən karyerasını bitirdiyini elan edib. 

 

2011-ci ildə isə o, bütün həyatını dəyişən başqa bir qərar verib. Belə ki, van de Leur bu dəfə porno film sektoruna keçdiyini açıqlayıb. Porno filmlərdə rol almağa başlayan Verona həmin il həm də məhkəmə qarşısına çıxır. Buna səbəb isə yataq görüntülərini videoya çəkdiyi bir cütlüyü şantaj etməsi olub. Bu səbəbdən 72 gün həbsdə qalan keçmiş idmançı indi çılpaq fotolar çəkdirərək və porno filmlərdə rol alaraq həyatını davam etdirir. 

 

Hollandiyada bir telekanala müsahibə verən 33 yaşlı Verona ağlayaraq son iki ildə evsiz olduğunu və avtomobildə yaşadığını bildirib.