Məşhur rusiyalı tennisçi Darya Kasatkina lezbiyan olduğunu etiraf edib. “Rekord.az” xəbər verir ki, 25 yaşlı idmançı “kaminq-aut” edərək qeyri-ənənəvi orientasiyaya malik olduğunu və qadınları sevdiyini bildirib. O, bu barədə öz rəsmi instaqram səhifəsində elan paylaşımı edib. Dünya reytinqində 12-ci yerdə olan Kasatkina, fiqurlu konkisürən Natalya Zabiyako ilə birlikdə olduqları fotonu paylaşıb və sevgisini açıqlayıb. Cütlüyün çimərlikdə birlikdə istirahət etdikləri görünüb.