Məşqçilər Şurası klubların bu addımından narazıdır ÖZƏL!
- 16 Okt 2021 13:00
- 723
AFFA yanında fəaliyyət göstərən Məşqçilər Şurası klubların son illərdə yeritdiyi baş məşqçi siyasətindən narazıdır.
Rekord.az-a daxil olan məlumata görə, Ağasəlim Mircavadovla Vaqif Sadıqov bununla bağlı Elxan Məmmədova öz narazılıqlarını da çatdırıblar.
Bildiriblər ki, klublar orta və yaşlı nəsil məşqçiləri tamamilə sıradan çıxardıblar, bir qayda olaraq cavan, futbolu yeni bitirən məşqçilərə güvənirlər. Bu səbəbdən də bir çox təcrübəli məşqçi işsiz qalıb. Məmmədov isə indiki halda klubların məşqçi seçiminə müdaxiləni düzgün saymır.