Məşqçilər üçün vebinar keçirilib
- 14 Sen 2020 17:15
- 593
AFFA tərəfindən “Aşağı yaş qrupları üzrə futbolçuların 6 həftəlik hazırlıq planı” adlı vebinar keçirilib.
Rekord.az xəbər verir ki, AFFA-nın fitnes və kondisiya layihəsinin rəhbəri Vladimir Mrdakoviç tərəfindən keçirilən vebinarda aşağı yaş qrupu üzrə komandaların məşqçiləri olmaqla 90 nəfər iştirak edib.
Vebinarda Mrdakoviç tərəfindən aşağıda qeyd olunan mövzularla bağlı təqdimat olub:
- Postpandemiya dövründə məşqlərdə zədələrdən qorunma
- Dözümlülük məşqləri
- Fiziki və funksional dəyişikli spesifik futbol məşqləri
- Sürət və çeviklilik məşqləri
- Güc məşqləri
- Gənc oyunçuların meydandaki performansının dəyərləndirilməsi
- Kiçik oyunlar ilə məşqin zamanının bölünməsi