Məşqçilərlə futbolçuların maaşı 3 aylıq donduruldu
- 07 Apr 2020 18:00
- 691
Şotlandiyanın “Reyncers” klubu koronavirus pandemiyasına görə yaranmış böhranla əlaqədar bir sıra sərt qərarlar qəbul edib.
Rekord.az xəbər verir ki, Qlazqo təmsilçisi baş məşqçi Stiven Cerardla yanaşı, onun köməkçilərinin, futbolçuların və klub rəhbərliyində çalışan şəxslərin maaşlarını 3 aylıq dondurub.
Bu addımın qarşılıqlı razılıq və könüllülük əsasında atıldığı bəyan olunub. “Reyncers” rəhbərliyi bununla klubda çalışan digər şəxslərin məvaciblərinin kəsintisiz ödənilməsinə nail olacaqlarını açıqlayıb.
Bəyanatda maaşların dayandırılmasını qəbul edən məşqçi və futbolçu heyətinə, həmçinin klub rəhbərliyində çalışanlara təşəkkür edilib.