İspaniyada futbol klublarına mayın 18-dən kollektiv məşqlər keçirməyə icazə verilib.

Rekord.az xəbər verir ki, Sequnda təmsilçisi “Rayo Valyekano”nun futbolçuları və məşqçiləri məşqə çıxmayıb. Bu barədə İspaniya mətbuatı məlumat yayıb.

“Rayo Valyekano”nun futbolçuları və məşqçiləri artıq iki aydan çoxdur ki, məvaciblərini ala bilmir. Onlar klub rəhbərliyi ilə danışmağa çalışsalar da, bu istəkləri baş tutmayıb. Buna görə də, klubun futbolçuları və məşqçiləri məşqə çıxmaqdan imtina edib.