Karantin rejimi mayın 31-ə qədər yumşaldılsa və idman qurğularının fəaliyyətinə icazə verilsə, futbol klubları da məşqləri bərap edəcək.

Rekord.az xəbər verir ki, bu halda "Səbail" fiziki cəhətdən axsaya bilər. 

Ona görə yox ki, futbolçular ay yarımdı məşq etmir. İş ondadır ki, komandanın fiziki hazırlıq üzrə məşqçisi Toni Boqdanovski hazırda Bakıda deyil. Övladı dünyaya gəldiyi üçün mart ayında vətəninə gedən məşqçi ən azı mayın 31-ə kimi Bakıya qayıda bilməyəcək.