21-ci əsrdə klub səviyyəsində keçirilmiş oyunlarda qolların nisbəti üzrə ən yaxşı futbolçuların reytinq siyahısı hazırlanıb.

Rekord.az xəbər verir ki, “GiveMeSport” portalının hazırladığı siyahıya “Barselona”nın hücumçusu Lionel Messi başçılıq edir. Argentinalı futbolçu 726 oyunda 630 (0,87) qol vurub.  

“Yuventus”un futbolçusu Kriştiano Ronaldo siyahıda ikinci yeri tutub. Portuqaliyalı futbolçu 812 oyunda 626 dəfə fərqlənib (0,77). 

Üçüncü yeri isə “Bavariya”nın hücumçusu Robert Levandovski tutub. O, keçirdiyi 472 oyunda 345 dəfə fərqlənməyi bacarıb (0,73).

1. Lionel Messi (0,87)
2. Kriştiano Ronaldo (0,77)
3. Robert Levandovski (0,73)
4. Luis Suares (0,67)
5. Neymar (0,65)
6. Kilian Mbappe (0,65)
7. Harri Keyn (0,63)
8. Zlatan İbrahimoviç (0,62)
9. Edinson Kavani (0,61)
10. Ruud Van Nistelroy (0,60)