İspaniya La Liqasının 33-cü turunda “Barselona”nın “Atletiko” ilə 2:2 hesablı bərabərliyə razılaşdığı oyun hücumçusu Lionel Messi üçün əlamətdar olub.

Rekord.az xəbər verir ki, argentinalı futbolçu, qarşılaşmada katalonların 2-ci qolunun müəllifi olub. Bununla da, o, karyerası ərzində vurduğu qolların sayını 700-ə çatdırıb.

Hazırda karyerasını davam etdirən futbolçular arasında sadəcə iki nəfər bu göstəriciyə imza atmağı bacarıb. Messidən başqa, “Yuventus”un futbolçusu Kriştiano Ronaldo da karyerasında 700 qol həddinə çatıb.