Messi Argentinaya qələbə qazandırdı, Braziliya uduzdu
- 18 Okt 2023 10:15
- 225
Braziliya və Argentina milliləri DÇ-2026-nın seçmə mərhələsində növbəti oyunlarını keçiriblər.
Rekord.az xəbər verir ki, son dünya çempionları Perunun qonağı olub.
"Tanqoçular" Lionel Messinin dublu sayəsində 2:0 hesablı qələbə qazanıb.
"Sambaçılar" isə səfərdə Uruqvaya eyni hesabla yenilib.
Bu nəticələrdən sonra Argentina 12 xalla liderliyini davam etdirir. Braziliya 7 xalla 2-4-cü yerləri bölüşdürür.
Venesuela – Çili 3:0
Qollar: Soteldo, 45+1. Rondon, 72. Maçis, 79.
Paraqvay – Boliviya 1:0
Qol: Sanabriya, 69.
Ekvador – Kolumbiya 0:0
Uruqvay – Braziliya 2:0
Qollar: Nunes, 42. De la Krus, 77.
Peru – Argentina 0:2
Qollar: Messi, 32; 42.