Messi bəladan qurtuldu: az qala ayağını sındırmışdı FOTO
- 04 Sen 2021 14:43
- 643
Argentina yığması DÇ-2022-nin seçmə mərhələsində səfərdə Venesuelaya qalib gəlib – 3:1.
Rekord.az xəbər verir ki, Lionel Messi bu qarşılaşmada ciddi zədə almaq riski ilə üzləşib.
Venesuelanın futbolçusu Luis Martines az qala Leonun ayağını sındıra bilərmiş.
O, ikili mübarizədə ayağını yüksəyə qaldıraraq, Messi ilə toqquşub. Bu vaxt onun açıq ayağı argentinalı hücumçunun diz nahiyəsini tutub.
Amma Messi bu toqquşmadan xəsarət almadan qurtulub və 90 dəqiqə meydanda qalıb. Martines isə 32-ci dəqiqədə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.