İspaniyanın “Barselona” klubunun ulduz futbolçusu Lionel Messi Çempionlar Liqasında yeni uğura imza atıb.

Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu qitənin bir nömrəli klub turnirinin qrup mərhələsində 70-ci qolunu vurmaqla rekord müəyyənləşdirib.

Təcrübəli forvard G qrupunun ikinci turunda İtaliyada "Yuventus"unu 2:0 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib. Messi 90+4-cü dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Argentinalı oyunçu 14-cü dəqiqədə hesabı açan Usman Dembeleyə məhsuldar ötürmə verib. Bu isə hücumçunun Çempionlar Liqasındakı 35-ci ötürməsidir. Messi bu göstəriciyə görə yalnız "Yuventus"da çıxış edən Kriştiano Ronaldodan (40 məhsuldar ötürmə) geri qalır.

Qeyd edək ki, Çempionlar Liqası tarixində heç bir oyunçu qrup mərhələsində 70 qol vurmayıb.