Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya yığmasına qarşı keçirəcəyi oyundan öncə daha bir itki ilə üzləşib.


Rekord.az xəbər verir ki, kapitan Lionel Messi millinin ötən gün açıqlanmış heyətində yer almayıb.


"İnter Mayami"nin hücumçusu zədəlidir. Ona adduktor əzələ zədəsi diaqnozu qoyulub.


Daha öncə digər hücumçu Paulo Dibalanın da zədə səbəbindən Argentina millsindən kənarda qaldığı açıqlanmışdı.


Argentina millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində martın 22-də səfərdə Uruqvayla, martın 26-da isə öz meydanında  Braziliya ilə üz-üzə gələcək.