Argentina millisinin və "Barselona"nın ulduzu Lionel Messi koronavirusun insanların həyatına təsirindən danışıb.

Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu pandemiyanın hamı üçün gözlənilməz olduğunu söyləyib.

İspaniya La Liqası martın 12-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. Təcrübəli oyunçu bildirib ki, bu cür qeyri-müəyyənlikdə və qeyri-adi vəziyyətdə yaşamaq, işləmək asan deyil:

"Pandemiyanın olacağını və müəyyən zamanlarda baş verə biləcəyini söyləyən insanlar var idi. Amma hər şeyin belə alınacağını ağlıma da gətirməzdim.

Koronavirusun, demək olar ki, bütün dünyaya bu qədər böyük təsir göstərəcəyini düşünməzdim. Hamımız işə, məşqə və yarışlara qayıdacağımız vaxtı bilmək istəyirik. İstənilən futbolçu üçün konsentrasiyanı saxlamaq vacibdir".