"Messi ilə bağlı düzgün qərar verdik"
- 17 Avq 2021 13:42
- 475
"Barselona"nın prezidenti Joan Laporta növbəti dəfə Lionel Messinin klubdan ayrılması barədə danışıb.
Rekord.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Laporta "Nou Kamp" stadionunda təşkil edilən mətbuat konfransında 1 milyard 350 milyon avro borcu olan Kataloniya klubunun büdcə problemləri səbəbindən 34 yaşlı hücumçu ilə yolları ayırmaqla düzgün qərar verdiyini deyib:
"Bütün "Barselona" azarkeşləri kimi mən də qəribə hisslər keçirdim. Onun bu komandanın forması ilə oynamağa davam etdiyi görmək istəyərdim. Amma bu gün də inanıram ki, düzgün qərar vermişik. Çünki hər şeydən vacib olan "Barselona"dır. Klubun iqtisadi problemlərini aradan qaldırmaq üçün əlimizdən gələni etdik. Müzakirələrdəki detalları qarşı tərəfə hörmətimizə və sevgimizə görə gizli saxlayırıq. Digər tərəfdən də Messini xoşbəxt gördüm və bu, məni sevindirdi. Bu mövsüm rəqib də ola bilərik. Belə şeyləri qəbul etməliyik".
Qeyd edək ki, Messi PSJ ilə 2+1 illik müqavilə imzalayıb.