Messi ilə baglı şok qərar
- 21 Fev 2020 19:00
- 891
“Barselona”nın hücumçusu Lionel Messi Argentinanın dövlət orqanları tərəfindən izlənilib.
Rekord.az “Marca”ya istinadla yazır ki, futbolçunun təqib edilməsi ilə bağlı qərarı Argentinanın sabiq prezidenti Maurisio Makri verib. O, 2015-2019-cu illərdə ölkəsinə rəhbərlik edib.
Artıq Argentinanın federal hakimi Rudolfo Korral Messinin izlənilməsinin qanuniliyi ilə bağlı araşdırmaya başlayıb.
Ümumilikdə eks-prezidentin siyahısına 60 nəfər düşüb. Onların arasında Messi, həmçinin qubernatorlar, prokurorlar, hakimlər və biznesmenlər də olub. İzlənmənin Federal Vergi Xidməti və Miqrasiya İdarəsi tərəfindən qanunsuz olaraq həyata keçirildiyi iddia edilir.