"Messi ilə birgə oynamaq uşaqlıq arzum olub"
- 16 Dek 2020 14:45
- 570
“Barselona”nın hücumçusu Fati meydanda Lionel Messi ilə birgə olması haqda danışıb.
Rekord.az xəbər verir ki, Fati Leonun ona dəstək verdiyini bildirib.
Gənc futbolçu zədəsinin durumu haqda da məlumat verib: “Messi? Onunla birgə oynamaq arzum olub. Uşaq vaxtı onun oyununa baxanda, ağlıma da gəlməzdi ki, nə vaxtsa Leo ilə birgə meydana çıxacam. O, mənə böyük dəstək olur, məsləhət verir. Zədəm? Qayıtmağa hazırlaşıram. Yaxın vaxtlarda qayıdacağam və komandama kömək etmək üçün əlimdən gələni edəcəyəm”.
Fati “Barselona”nın futbol məktəbinin yetirməsidir. O, “Barsa”nın heyətində qol vuran ən gənc futbolçu kimi klubun tarixinə düşüb.