Messi ilə Çakır arasında gərginlik FOTO
- 10 Avq 2020 13:20
- 836
Çempionlar Liqasının 1/8 finalının “Barselona” – “Napoli” cavab oyunundan sonra meydan sahiblərinin kapitanı Lionel Messi ilə matçın baş hakimi Cüneyt Çakır arasında gərginlik yaşanıb.
Rekord.az xəbər verir ki, türkiyəli referinin bəzi qərarlarından narazı qalan argentinalı hücumçu oyundan sonra buna etirazını bildirib.
Görüşün final fitindən sonra Çakır futbolçularla yumruq salamlaşması edib. O, Messiyə əl uzadanda isə futbolçu görüşməyi rədd edərək hakimə barmağını silkələyib. Onun Çakırla çox əsəbi şəkildə danışdığı qeyd olunub.
Xatırladaq ki, “Barselona”nın 3:1 hesabı ilə qalib gələrək mərhələ adladığı görüşün 30-cu dəqiqəsində Messinin vurduğu qol VAR-a müraciət edildikdən sonra Cüneyt Çakır tərəfindən ləğv edilib. Çakır görüşün 44-cü dəqiqəsində “Barselona”nın, 45+4-cü dəqiqəsində isə “Napoli”nin lehinə penalti təyin edib.