“Barselona”nın və Argentina yığmasının hücumçusu Lionel Messi öz karyerasında yeddinci dəfə İspaniya çempionatının ən yaxşı bombardiri olub.

Rekord.az xəbər verir ki, Messi 33 matçda 25 qol vuraraq, “Real”ın hücumçusu Kərim Benzemanı (37 matçda 21 qol) və "Vilyarreal"ın hücumçusu Jerar Morenonu (35 oyunda 18 qol) qabaqlayıb.

Daha əvvəl Messi mövsümün nəticəsinə görə İspaniya çempionatının ən yaxşı bombardirinə verilən mükafatı qazanıb.

33 yaşlı argentinalı “Barselona”nın yetirməsidir. Forvard cari mövsümdə bütün turnirlədrə 42 matçda iştirak edərək 30 qol vurub və 26 məhsuldar ötürmə edib.