Messi niyə qol vura bilmir?
- 03 Noy 2020 13:45
- 624
“Barselona”nın və Argentina millisinin kapitanı Lionel Messi son 3 ayda yalnız penaltidən qol vurmağı bacarıb.
Rekord.az xəbər verir ki, 33 yaşlı hücumçu son dəfə oyun epizodundan qolu avqustun 8-də Çempionlar Liqasının 2019/20 mövsümünün “Napoli” ilə 1/8 final matçında vurub.
Həmin vaxtdan sonra Messi Kataloniya klubu ilə 9, yığma komanda ilə isə 2 oyuna çıxıb. Beləliklə, o, meydanda 1057 dəqiqə keçirib və penaltidən 4 qol vurub.
Messi “Qızıl Top"un 6 qat qalibidir. O, “Barselona”da çıxış etdiyi 16 il ərzində 34 kubok qazanıb