“Barselona”nın argentinalı hücumçusu Lionel Messi komandadan ayrılmaq istədiyini rəhbərliyə bildirib.

Rekord.az xəbər verir ki, Messinin “Barselona”dan ayrılmasıni istəməyən Kataloniya klubunun azarkeşləri “Kamp Nou” stadionunun qarşısında toplanıb.

Messinin komandadakı gələcəyinin qeyri-müəyyən olmasına etiraz edən tərəfdarlar klub rəhbərliyini günahlandırıblar. Klub prezidenti Xosep Maria Bartomeunun fəaliyyətini sevməyən azarkeşlər “Messi, qal”, “Bartomeu, istefa” şüarları səsləndiriblər.