"Barselona"nın kapitanı Lionel Messi klub karyerasında qol sayına görə "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu qabaqlayıb.

Rekord.az xəbər verir ki, 32 yaşlı hücumçu buna La Liqanın 11-ci turunda “Valyadolid”ə  5:1 hesabı ilə qalib gəldikləri matçda nail olub.

Oyunda dubl edən və 2 məhsuldar ötürmə verən argentinalı hücumçu klub karyerası ərzində vurduğu qolların sayını 608-ə çatdırıb. O, bu nəticəyə 695 görüşdə nail olub.  Ronaldo isə 813 oyunda 606 dəfə fərqlənib.

Messi orta hesabla hər oyunda 0,87 qol vurur. Ronaldoda isə bu göstərici 0,75-dir.