“Barselona” İspaniya La Liqasının 11-ci turunda “Valyadolid”i məğlub edib – 5:1.

Rekord.az xarici mətbuata istinadən xəbər verir ki, sözügedən qarşılaşmada Kataloniya təmsilçisinin futbolçusu Lionel Messi yeni uğura imza atıb. 

Komandasının qələbəsinə dublla töhfə verən argentinalı hücumçu klub karyerasındakı qollarının sayını 608-ə çatdırıb. Messi bu göstəricidə 606 qol vuran Kriştiano Ronaldonu geridə qoyub.

Messi “Barselona”da keçirdiyi 695 oyuna 608 qol vurub. Ronaldo isə ümumilikdə klub karyerasında 813 oyuna 606 qol vurub.