Messi səs verdi
- 08 Mar 2021 13:47
- 613
Bu gün "Barselona" klubunda prezident seçkiləri keçirilir.
Rekord.az xəbər verir ki, artıq Kataloniya klubunun kapitanı Lionel Messi səsvermə məntəqəsinə gələrək seçimini edib.
Seçki məntəqələri yerli vaxtla səhər saat 9:00-da açılıb. Səsvermə 12 saat davam edəcək.
Qeyd edək ki, prezidentlik uğrunda üç namizəd - Joan Laporta, Viktor Font və Toni Freyşa mübarizə aparır. Qalib gələn şəxs 2026-cı ilə qədər "Barselona"ya rəhbərlik edəcək.