"Barselona"nın kapitanı Lionel Messinin adı komandanın təmsil etdiyi Kataloniya bölgəsində olduqca məşhurdur.

Rekord.az xəbər verir ki, bu, yerli statistika institutunun apardığı araşdırma nəticəsində üzə çıxıb.

Bəlli olub ki, 2019-cu ildə Kataloniyada yeni doğulmuş 500 körpəyə Leo adı verilib. Bu isə anadan olmuş oğlan uşaqlarının ümumilikdə 8,22 faizini təşkil edir. 2010-cu ildə bu göstərici 136 nəfər, 2017-ci ildə isə 433 nəfər olub.

Regionda ən populyar ad isə Markdır. Bu isim 622 körpəyə qoyulub. Kataloniyada ən sevimli qız adları isə Yuliya və Martinadır.

Lionel Messi bütün karyerasını "Barselona"da keçirib. O, 2019/2020 mövsümündə La Liqada 33 oyuna 25 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb. Messi hər iki göstəricidə ən yaxşı seçilib.