"Barselona"nın kapitanı Lionel Messi ailəsi ilə birlikdə fransız dilini öyrənməyə başlayıb.

Rekord.az xəbər verir ki, bu barədə İspaniyanın "Mundo Deportivo" nəşri məlumat yayıb.

Haqqında PSJ-yə keçəcəyi ilə bağlı xəbərlər yayılan argentinalı hücumçunun bu addımı iddiaları daha da artırıb.

33 yaşlı futbolçu hələ ki, Kataloniya klubu ilə müqaviləsini yeniləməyib. Onun sözləşməsi bu mövsümün sonunda başa çatacaq.