Messi və Neymar Donnarumanın əsas qapıçı olmasını istəmir?
- 25 Sen 2021 15:46
- 609
PSJ-nin qapıçısı Canluici Donnarumma Paris klubundakı mövqeyindən narazıdır.
Rekord.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, italiyalı qolkiper tez-tez ehtiyat oyunçular skamyasında qalacağını gözləməyib.
Bildirilib ki, Donnarumma Keylor Navas ilə çətin rəqabətə hazır idi. Amma indiki vəziyyət qapıçını qane etmir. Baş verənlərə görə futbolçunun agenti Mino Rayolanın təəccübləndiyi vurğulanıb. PSJ-yə keçməzdən əvvəl agenti onun əsas heyətdə oynayacağını demişdi.
Nəşr yazıb ki, Lionel Messi və Neymar da daxil olmaqla, komandanın Latın amerikalı futbolçuları Navasa dəstək verirlər. Onlar Navasın əsas qapıçı olmasının tərəfdarıdırlar. Bildirilib ki, futbolçuların mövqeyini nəzərə alsaq, komandanın baş məşqçisi Maurisio Poçettinonun Donnarummanın xeyrinə seçim etməsi çətindir. Üstəlik, mütəxəssisin özü Donnarumma ilə müqavilə bağlamağı planlaşdırmayıb, klubun idman direktoru Leonardo buna israr edib.
Donnarummanın yaxın vaxtlarda PSJ-ni tərk edə biləcəyi yazılıb.
Qeyd edək ki, 22 yaşlı qapıçı bu mövsüm Fransa çempionatında 2 oyuna çıxıb.