Futbol üzrə UEFA Çempionlar Liqasının yarımfinalında bu mövsüm nə Lionel Messi, nə də Kriştiano Ronaldo oynayacaq.

Rekord.az xəbər verir ki, "Yuventus"un 1/8 finalda Fransanın “Olimpik” (Lion)” klubunu keçə bilməyərək mübarizəni dayandırmasından sonra "Barselona" da "Bavariya"ya 2:8 hesabı ilə  uduzaraq turnirlə vidalaşıb.

Bununla da, hər iki oyunçunun klubu ÇL-də bu mövsüm üçün çıxışını başa vurub. Beləliklə, 2005/06 mövsümündən bəri ilk dəfə nə Messi, nə Ronaldo ÇL-in yarımfinalında oynayacaq.