Britaniyanın “The Independent” nəşri XXI əsrin ən yaxşı futbolçularının siyahısını açıqlayıb.

Rekord.az xəbər verir ki, İspaniyanın “Barselona” klubunun və Argentina yığmasının hücumçusu Lionel Messi XXI əsrin ən yaxşı oyunçusu elan olunub.

O, Portuqaliya yığmasının və İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldonu qabaqlayıb. İlk üçlüyü isə artıq karyerasını başa vurmuş Xavi Ernanes qapayıb.

Qeyd edək ki, siyahı “The Independent” nəşrinin əməkdaşları tərəfindən hazırlanıb:

XXI əsrin ən yaxşı 10 oyunçusu isə bunlar seçilib:

1. Lionel Messi
2. Kristiano Ronaldo
3. Xavi Ernanes
4. Ronaldinyo
5. Andres İnyesta
6. Ronaldo
7. Tyerri Anri
8. Zinədin Zidan
9. Kaka
10. Fabio Kannavaro