İnter Mayami" klubunun futbolçusu Lionel Messi yeni mövsümdə MLS çempionatında ilk qolunu vurub.


Rekord.az xəbər verir ki, argentinalı hücumçu bu gün keçirilən "Atlanta Yunayted"lə oyunda fərqlənib.


Təcrübəli oyunçu 20-ci dəqiqədə tarazlığı bərpa edib. Qarşılaşma "İnter Mayami"nin qələbəsi ilə bitib - 2:1.


Qeyd edək ki, Mayami təmsilçisi şərq konfransında 10 xalla liderdir.