Argentinalı ulduz Lionel Messi millinin heyətində ən çox qol vuran ikinci futbolçu olub.

Rekord.az xəbər verir ki, hücumçu buna ABŞ-də təşkil edilən Amerika Kubokunun yarımfinalında qarşılaşdıqları Kanada ilə oyunda nail olub.

O, millinin heyətində 109-cu qolunu vuraraq iranlı Əli Daeini (108) ötüb və ikinci pilləyə yüksəlib. Yığmada ən çox qol vuran futbolçuların siyahısına isə 130 qolla portuqaliyalı ulduz futbolçu Kristiano Ronaldo başçılıq edir.

Messi Argentina millisində 2005-ci il avqustun 17-də, Macarıstanla yoldaşlıq oyununda debüt edib və meydana daxil olduqdan bir dəqiqə sonra qırmızı vərəqə görüb. Futbolçu millidə ümumilikdə 186 oyun keçirib.