Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" klubunun heyətində daha bir qol vurub.

Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu "Filadelfiya Yunion"a 4:1 hesabı ilə qalib gəldikləri Liqa Kubokunun yarımfinal matçında fərqlənib.

Təcrübəli forvard 20-ci dəqiqədə ikinci qolu rəqibin qapısından keçirib.

Messi "İnter Mayami"də meydana çıxdığı 6 qarşılaşmada 9 qola imza atıb.