![photo](https://www.rekord.az/storage/uploads/5/messi-87.jpg)
Messidən ardıcıl 5-ci oyunda 8-ci qol
- 12 Avq 2023 14:40
- 296
Argentina millisinin futbolçusu Lionel Messi ABŞ-ın "İnter Mayami" komandasında növbəti qolunu vurub.
Rekord.az xəbər verir ki, 36 yaşlı hücumçu "Şarlott"u 4:0 hesabı ilə darmadağın etdikləri Liqa Kubokunun 1/4 final oyununda fərqlənib. O, komandasının sonuncu qolunun müəllifi olub.
Devid Bekhemin sahibi olduğu kollektiv yarımfinalda "Filadelfiya Yunion"la qarşılaşacaq. Görüş avqustun 16-da baş tutacaq.
"İnter Mayami"nin heyətində meydana çıxdığı beşinci oyunununda 8-ci dəfə rəqib qapılarına yol tapan Lionel Messi klub tarixində ən çox qol vuran 3-cü oyunçu olub. O, hazırda yalnız Qonsalo İquain (29 qol) və Leonardo Kampanadan (16 qol) geri qalır.