![photo](https://www.rekord.az/storage/uploads/5/messi-86.jpg)
Messidən ardıcıl üçüncü dubl
- 07 Avq 2023 10:21
- 331
"İnter Mayami" "Dallas"ı penaltilər seriyasında məğlub edərək Liqa Kubokunun 1/4 finalına yüksəlib.
Rekord.az xəbər verir ki, matçın əsas vaxtı 4:4 hesabı ilə heç-heçə başa çatıb, penaltilər seriyasında Mayami “İnter”inin futbolçuları daha dəqiq olub – 3:5.
"İnter Mayami"nin argentinalı hücumçusu Lionel Messi bu oyunda da dubla imza atıb. O, 6-cı dəqiqədə Xordi Albanın ötürməsi ilə hesabı açıb, 85-ci dəqiqədə qol vuraraq komandasını məğlubiyyətdən xilas edib və matçı penaltilərə daşıyıb.
Bu klubda keçirdiyi 4 oyunda 7-ci qolunu vuran Messi, ardıcıl üçüncü oyunda dubla imza atır.