Messidən "Barsa" ilə yeni müqaviləyə xüsusi şərt
- 04 Fev 2020 16:00
- 716
"Barselona" ilə müqaviləsinin başa çatmasına 18 ay qalan Lionel Messi yeni sözləşməyə hazırdır.
Rekord.az xəbər verir ki, argentinalı ulduz yeni sözləşməsində hər mövsümün sonunda müqaviləsini təktərəfli ləğv etmək ixtiyarında olmaq istəyir.
Messi bu şərtin yeni müqaviləsində olmasını irəli sürəcək. "Barselona"nın prezidenti Xosep Bartomeu daha öncə 32 yaşlı hücumçunun azı 5 il komandada oynayacağına şübhə etmədiyini demişdi.